Çərşənbə axşamı, 14 May

“McDonald`s” Qazaxıstanda fəaliyyətini DAYANDIRDI

image

“McDonald`s” restoranlar şəbəkəsi Qazaxıstanda fəaliyyətini dayandırmaq qərarına gəlib.

Xəbər verilir ki, “Food Solutions KZ” MMC tərəfindən idarə olunan “fast–food” restoranlar şəbəkəsi tədarük məhdudiyyətləri səbəbindən Qazaxıstanda “McDonald’s” brendi altında işini dayandırdığını elan edib.

“Yeni adla “fast–food” restoranlarının açılışı yaxın vaxtlarda açıqlanacaq”, – şirkətdən bildirib.

Şirkət vurğulab ki, qərar digər ölkələrdəki vəziyyətlə deyil, yalnız təchizat məhdudiyyətləri ilə bağlıdır.

Bir gün əvvəl mətbuat bu barədə məlumat verib ki, şəbəkənin Qazaxıstandakı restoranları yerli bazarda yüksək qiymətlər üzündən əvəzedici tapa bilmədiyi üçün məhsul qıtlığı ilə üzləşib.

Noyabrda bu səbəbdən Qazaxıstandakı 24 şəbəkə restoranının hamısı öz işini dayandırıb.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00